51 yaşlı kişi arvadını döydü - “Telefonu söndürmüşdü...”

05.05.2022 | 12:11 Oxunma sayı: 1871
51 yaşlı kişi arvadını döydü

Telefona cavab vermədiyi üçün arvadını döyən şəxsin məhkəməsi keçirilib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martında Bakıda baş verib. 1969-cu il təvəllüdlü Sahib Məlikov (ad və soyad şərtidir) həyat yoldaşı Səadət Məlikovanı (ad və soyad şərtidir) onun telefon zənglərinə cavab vermədiyi üçün döyüb.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Sahib Məlikov bildirib ki, arvadı işdə olarkən ona dəfələrlər zəng etsə də, açmayıb: “Səadətlə 2003-cü ildən evliyik, bir oğlumuz var. Onun telefonunun söndürülmüş olmasına görə aramızda dəfələrlə mübahisə düşüb. Amma mən heç vaxt onu döyməmişəm. Hadisə baş verən gün ona dəfələrlə zəng etdim. Telefonu ya məşğul idi, ya da söndürülmüşdü. İş yerinə gedəndə dedilər ki, artıq çıxıb. Sonra yenə zəng etdim və cavabında dedi ki, evə gedir. Yolda onunla qarşılaşdım və harada olduğunu soruşdum. Aramızda mübahisə oldu. Evə gələndən sonra mənə nifrət etdiyini, görmək istəmədiyini dedi. Bundan sonra mən onu vurdum. O da oğlumuzu götürüb evdən getdi”.

Hadisə zamanı zərərçəkən Səadət Məlikova məhkəmədəki ifadəsində deyib ki, Sahib daha əvvəl də dəfələrlə onu döyüb: “Məni dəfələrlə döyüb. Aramızda həmişə mübahisələr olub. Amma mən bu barədə heç kimə deməmişəm. Hadisə baş verən günü mən işdən çıxıb ayaqqabı mağazasına getmək istədim. Lakin onun məni izlədiyini bildiyim üçün zəng edib dedim ki, evə gedirəm. Sahib də mənə dedi ki, iş yerimə gedib. Sonra yolda qarşılaşdıq və aramızda mübahisə düşdü. Evə gələndən sonra da məni döydü”.

Məhkəmənin hökmü ilə S.Məlikova 9 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

Lamiyə Məmmədova


Digər xəbərlər