3 gün əvvəl qəzada ölən qadının kimliyi məlum oldu

26.11.2021 | 09:38 Oxunma sayı: 150
3 gün əvvəl qəzada ölən qadının kimliyi məlum oldu

Bakı-Qazax yolunda naməlum avtomobilin vuraraq öldürdüyü qadının kimliyi məlum olub.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə noyabrın 23-də Bakı Qazax avtomagistralının 369-cu km-də baş verib. Belə ki, hadisə zamanı ölən qadının kimliyi məlum olub. Onun Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Tünzalə Rəfiyev olması müəyyən edilib.

Sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Lamiyə Məmmədova


Digər xəbərlər