“28 Mall”dakı brend mağazadan geyim oğurlayan qız tutuldu

22.06.2022 | 15:38 Oxunma sayı: 1440
“28 Mall”dakı brend mağazadan geyim oğurlayan qız tutuldu

Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzində oğurluq edən qız tutulub.

“Qafqazinfo” xəbər verir ki, ticarət mərkəzində yerləşən “LC Waikiki” mağazasından 236 manat dəyərində geyim əşyaları oğurlanıb. Kamera görüntülərinə baxılarkən oğurluğun gənc qız tərəfindən törədilməsi müəyyən edilib. Ötən gün faktla bağlı polisə müraciət edilib və oğurluqda şübhəli bilinən R.Fərəcova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza


Digər xəbərlər