“20 Yanvar”da betonqarışdıran maşın aşdı

05.08.2022 | 09:57 Oxunma sayı: 238
“20 Yanvar”da betonqarışdıran maşın aşdı

Yasamal rayonu ərazisində yük maşının aşması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, H.Zərdabi küçəsi ilə H.Hüseynov küçəsinin kəsişməsində betonqarışdıran maşın idarəetmədən çıxaraq aşıb. Nəticədə xeyli beton yolun hərəkət hissəsinə dağılıb, ərazidə nəqliyyatın hərəkəti çətinləşib.

Qəza nəticəsində insan itkisi baş verməyib.




Digər xəbərlər