18 Oktyabr da qeyri-iş günü ola bilərmi?

12.10.2021 | 16:53 Oxunma sayı: 845
18 Oktyabr da qeyri-iş günü ola bilərmi?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 18 Oktyabrın qeyri-iş günü adlandırılması ilə bağlı təkliflərə münasibət bildirib.

“Kriminalqafqaz”ın məlumatına görə, deputat parlamentin iclasında qeyd edib ki, “Müstəqillik Günü haqqında” layihə qəbul edildikdən sonra yəqin ki, Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihə də gələcək: “Amma düşünmürəm ki, bu konkret bayram gününə hesablanmış dəyişiklik olacaq. Bu, texniki dəyişiklik olacaq”.

Qeyd edək ki, layihədə təklif edilir ki, 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin bərpası günü kimi qeyd edilsin. 


Digər xəbərlər